...

Cəlilabadda əkin sahəsində narkotik vasitələr aşkarlanıb

Hadisə Materials 13 Noyabr 2018 14:10 (UTC +04:00)
Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisində əkin sahəsindən narkotik vasitələr aşkar edilib.
Cəlilabadda əkin sahəsində narkotik vasitələr aşkarlanıb

Bakı. Trend:

Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini E.Əsgərov Rayon Polis Şöbəsinə müraciət edərək kəndin ərazisində ona məxsus pay torpaq sahəsini şumlatdırarkən içərisində narkotik vasitə olmasını ehtimal etdiyi 9 ədəd bağlama tapdığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı həmin bağlamanın içərisində 4 kiloqram 960 qram heroin, 895 qram tiryək və 198,339 qram metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti