...

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb (VİDEO)

Hadisə Materials 28 Noyabr 2018 11:51 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb (VİDEO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində-ehtiyat təkər saxlanan hissədə və həmin hissənin sağ və sol ətrafında üzərində "Petarda Blyskowa" yazısı olan 5160 ədəd və üzərində "Corsar" yazısı olan 1500 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti