...

Balıq ovlamağa gedən balıqçıların qayığı dənizdə xarab oldu

Hadisə Materials 30 Noyabr 2018 12:51 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi ötən gün gecə saat 21:25 radələrində Xəzər dənizində balıqçıları ölümdən xilas edib.
Balıq ovlamağa gedən balıqçıların qayığı dənizdə xarab oldu

Bakı. İlhamə İsabalayeva - Trend:

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi ötən gün gecə saat 21:25 radələrində Xəzər dənizində balıqçıları ölümdən xilas edib.

İdarədən Trend-ə verilən məlumata görə, Hüseynov Əmiraslan Muxtar oğlu və Səmədov Hikmət Fikrət oğlu Novxanı qəsəbəsində taxta qayıqla balıq ovuna çıxıblar:

"Sahildən 5 km uzaqda qayığın motoru xarab olub. Həyatı təhlükə ilə üzləşən balıqçılar İdarənin Sumqayıt məntəqə rəisinə zəng vuraraq motorlarının xarab olduğunu deyərək kömək istəyiblər. Hadisə barədə operativ olaraq, Su Nəqliyyatında Polis İdarəsinin rəisinə məruzə olunub və hadisə dərhal rəhbərliyin nəzarətinə götürülüb".

İdarədən qeyd edilib ki, havanın küləkli olması tədbirlərin həyata keçirilməsinə çətinlik yaratsa da, balıqçıların həyatı xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti