...

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

Hadisə Materials 22 Dekabr 2018 14:55 (UTC +04:00)
Gürcüstan istiqamətindən"Mazımçay" gömrük postuna daxil olan "BMW 525" markalı avtomobil saxlanılıb.
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan istiqamətindən"Mazımçay" gömrük postuna daxil olan "BMW 525" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin hər iki ön oturacağının və qabaq sağ ayaqaltının altından üzərində "Petards" yazısı olan 6000 ədəd və üzərində "Football Salute" yazısı olan 250 ədəd pirotexniki vasitələr aşkarlanıb

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti