...

Bərdədə qəbristanlıqlardan oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 5 Yanvar 2019 17:25 (UTC +04:00)
Bərdə rayonunun Kətəlparaq kənd qəbristanlığında məzarların üzərindən bəzək əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bərdədə qəbristanlıqlardan oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Bərdədə kənd qəbristanlıqlarında oğurluq olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kətəlparaq kənd qəbristanlığında məzarların üzərindən bəzək əşyaları oğurlamaqda şübhəli bilinən Qaratəpə kənd sakini Elşən Şadmanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 2-dən 4-dək olan müddətdə Əyricə, Lək və Arabacılar kənd qəbristanlıqlarındakı məzarlardan oğurluq etməsi də müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti