...

Leyla Şıxlinskayaya dəymiş ziyan ödənildi

Hadisə Materials 12 Fevral 2019 15:39 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən klinikanın sabiq işçilərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Leyla Şıxlinskayaya dəymiş ziyan ödənildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən müəssisənin sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə L.Şıxlinskayaya dəymiş 56 min manat ziyanın ödənildiyi bildirilib.

Sonra təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.

Qeyd edək ki, prokuror Şəhla Abbasovanın doqquz il, Yelena Abdullayevanın iki il, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyevanın isə beş il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmənin iclas zalında həbs olunmalarını istəyib.

Xatırladaq ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar.

Klinikanın sahibi, xalq artisti Leyla Şıxlinskaya onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti