...

Bakıda mağazadan oğurluq edən 4 yeniyetmə saxlanılıb

Hadisə Materials 16 Fevral 2019 23:04 (UTC +04:00)
Bakıda oğurluq edən 4 yeniyetmə saxlanılıb
Bakıda mağazadan oğurluq edən 4 yeniyetmə saxlanılıb

Bakı. Trend:

Bakıda oğurluq edən 4 yeniyetmə saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-da saat 1 radələrində Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılıb. Onlar 20-ci Polis Bölməsinə təhvil veriliblər.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti