...

Vəlvələçayda itmiş ekskavatorçunun meyiti tapılıb (FOTO)

Hadisə Materials 21 Fevral 2019 12:38 (UTC +04:00)
Vəlvələçayda itmiş ekskavatorçunun meyiti tapılıb
Vəlvələçayda itmiş ekskavatorçunun meyiti tapılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Vəlvələçayda itmiş ekskavatorçunun meyiti tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, ərazinin çaykənarı olduğu və torpaq qatının sürüşmə ehtimalı yüksək olduğu üçün baş verə biləcək başqa bir bədbəxt hadisənin qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində qabaqlayıcı tədbirlər görülüb, ərazinin mühafizəsi təşkil edilib.

Birgə həyata keçirilən axtarış tədbirləri fevralın 21-də öz nəticəsini verib. V.Qasımovun meyiti çaydan tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Xatırladaq ki, fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında qazıntı işləri aparılan zamanı ekskavatorun aşması nəticəsində çaya düşən sürücü itkin düşmüşdü. Araşdırmalarla həmin şəxsin Şabran rayon sakini, 41 yaşlı Vüqar Qasımov olduğu müəyyən edilmişdi.

Hadisə baş verən andan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, polis və digər aidiyyatı qurumların əməkdaşları səfərbər olunaraq həmin şəxsin tapılması istiqamətində intensiv axtarışlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti