...

Qadının məhkum ərinə heroin keçirmək cəhdi baş tutmadı - FOTO

Hadisə Materials 23 Fevral 2019 12:22 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Qadının məhkum ərinə heroin keçirmək cəhdi baş tutmadı - FOTO

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini Xəlilzadə Mahirə Vüqar qızının əşyalarına və üzərinə baxış keçirilib.

Baxış zamanı alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti