Bakı. Trend:
Saatlı sakininə məxsus qızıl-zinət əşyaları oğurlanıb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı rayonunun Dədə Qorqud kənd sakini olan bir qadın fevralın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus çantadan 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Saatlı RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Dədə Qorqud kənd sakini Roman Cahangirov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.