...

Şəmkirdə qəza - Ölən və xəsarət alan var

Hadisə Materials 7 Mart 2019 15:41 (UTC +04:00)
Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkirdə qəza - Ölən və xəsarət alan var

Bakı. Trend:

Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 6-da saat 17 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Qılıncbəyli kənd sakini Ş.Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Kür qəsəbə sakini S.Həşimov hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti