Bakı. Trend:
Mingəçevirdə dördmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin eyvanında həcmi 5 litr olan məişət qaz balonunun alışması nəticəsində eyvanın lambirindən ibarət üzlüyü 6 kv.m sahədə və pəncərə çərçivəsi yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.