...

Sumqayıt sakinlərindən 1 kq-dan artıq narkotik vasitələr götürülüb

Hadisə Materials 17 Mart 2019 06:18 (UTC +04:00)
Sumqayıt sakinindən heroin götürülüb
Sumqayıt sakinlərindən 1 kq-dan artıq narkotik vasitələr götürülüb

Bakı. Trend:

Sumqayıt sakinindən heroin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş K.Hacıbabayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 453 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Bununla yanaşı, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəquliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq heroin və tiryək, həmçinin çəkisi 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti