Bakı. Samir Əli - Trend:
Göyçayda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1950-ci il təvəllüdlü Miriyev Abduləli oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.