Bakı. Trend:
Ucarda uçqun altında qalan iki nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində 2 nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.