...

FHN: Bakıda yataqxanada baş vermiş yanğın söndürülüb, 2 nəfər xilas edilib (ÖZƏL)

Hadisə Materials 10 Aprel 2019 12:06 (UTC +04:00)
Bakının Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.
FHN: Bakıda yataqxanada baş vermiş yanğın söndürülüb, 2 nəfər xilas edilib (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

Bakının Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb.

Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti