Bakı. Trend:
Ermənistanda Mehri-Tsirani dzor yolunda hərbçilərin olduğu "ZİL 131" markalı avtomobil aşıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 18 hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirib ki, yol-nəqliyyat hadisəsi növbə dəyişərkən baş verib.
Faktla bağlı araşdırma aparılır.