...

Zaqatalada minik avtomobili ağaca çırpılıb

Hadisə Materials 13 Aprel 2019 08:56 (UTC +04:00)
Zaqatalada yol qəzası baş verib
Zaqatalada minik avtomobili ağaca çırpılıb

Bakı. Trend:

Zaqatalada yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti