Bakı. Trend:
Dünyada fəaliyyətdə olan ən böyük vulkanlardan biri Aso püskürüb. Trend-in məlumatına görə, Yaponiyanın cənub-qərbində püskürən vulkanın "İkata" AES-dən 130 kilometr məsafədə yerləşməsi təhlükəyə yol açıb.
Göyə 200 metr kül qatı püskürsə də, tələfat və ciddi fəsadlar barədə məlumat verilməyib.
Qeyd edək ki, sonuncu dəfə Aso 2016-cı ilin oktyabrında püskürüb.