...

Çində meşə yanğını baş verib, 11 min nəfər təxliyə edilib

Hadisə Materials 18 Aprel 2019 07:14 (UTC +04:00)
Çinin Çenyan şəhərində (Lyaonin əyaləti) yerli vaxtla saat 13:50-də meşədə yanğın başlayıb
Çində meşə yanğını baş verib, 11 min nəfər təxliyə edilib

Bakı. Trend:

Çinin Çenyan şəhərində (Lyaonin əyaləti) yerli vaxtla saat 13:50-də meşədə yanğın başlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, güclü külək səbəbindən yanğın tez bir zamanda böyük məsafəyə yayılıb. Yanğının söndürülməsi üçün 4 min canlı qüvvə, 2 helikopter, 6 pilotsuz uçuş aparatı və 150-dən artıq yanğınsöndürən avtomobil cəlb edilib.

Yerli vaxtla saat 21:40 üçün 11 nəfər təhlükəsiz yerlərə təxliyə edilib. Yanğın nəticəsində ölənlər və yaralananlar barədə məlumat verilmir.

Yanğını səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti