...

Masazırda silahlı insidentdə 3 nəfər çoxsaylı qırma yarası alıb

Hadisə Materials 28 Aprel 2019 12:31 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.

Trend-in məlumatına görə, odlu silahdan açılan atəş nəticəsində üç nəfər çoxsaylı qırma yarası alıb.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar. Xəsarət alanlar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti