...

Bakıda “BMW” ilə “Kamaz” toqquşub, ölən var

Hadisə Materials 31 May 2019 00:27 (UTC +04:00)
Bakıda ağır yol qəzası baş verib
Bakıda “BMW” ilə “Kamaz” toqquşub, ölən var

Bakı. Trend:

Bakıda ağır yol qəzası baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Qaradağ rayonunda “BMW” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Quliyev Rəşad Əbülfəz oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti