...

Sumqayıtda baş verən avtobus yanğınının görüntüləri yayıldı (VİDEO)

Hadisə Materials 3 İyun 2019 09:52 (UTC +04:00)
Ötən gün Sumqayıt şəhərində yanğın qeydə alınıb.
Sumqayıtda baş verən avtobus yanğınının görüntüləri yayıldı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün Sumqayıt şəhərində yanğın qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan “AKİA” markalı 7 nömrəli sərnişin avtobusu qəfildən yanmağa başlayıb.

Bir anın içində baş verən hadisədə xəsarətlər alan olmasa da, avtobus yararsız vəziyyətə düşüb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olublar.

Yanğından olan görüntüləri təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti