...

Avtomobildə qaz partladı - 7 yaralı

Hadisə Materials 3 İyun 2019 19:34 (UTC +04:00)

Bakı. Trend:

Dağıstanın Çaroda rayonunda avtomobildə qaz partlayışı baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında uşaqlar da var. Bir nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Zərər çəkənlər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti