...

3 tona yaxın narkotik bitki məhv edildi - Qaxda

Hadisə Materials 8 İyun 2019 11:03 (UTC +04:00)
Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edildi.
3 tona yaxın narkotik bitki məhv edildi - Qaxda

Bakı. Samir Əli - Trend:

Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edildi.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilib.

Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti