...

Gün ərzində 23 cinayətin üstü açılıb

Hadisə Materials 15 İyun 2019 14:59 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
Gün ərzində 23 cinayətin üstü açılıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti