...

Quba və Ağcabədidə taxıl sahələri yanıb

Hadisə Materials 19 İyun 2019 10:32 (UTC +04:00)
Quba və Ağcabədidə taxıl sahələri yanıb
Quba və Ağcabədidə taxıl sahələri yanıb

Bakı. Trend:

Quba və Ağcabədidə taxıl sahələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Quba rayonunun Qaraçay qəsəbəsində 0,5 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Ağcabədi rayonunda isə 700 ha biçilmiş taxıl sahəsi, 1300 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti