...

Neftçalada dənizdə batan 3 nəfərin meyiti tapılıb

Hadisə Materials 25 İyul 2019 17:03 (UTC +04:00)
Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan 3 nəfərin də meyiti tapılıb.
Neftçalada dənizdə batan 3 nəfərin meyiti tapılıb

Bakı. Trend:

Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan 3 nəfərin də meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlunun, 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun və 1993-cü il təvəllüdlü Alıkişiyev Fariz Arif oğlunun axtarışları başa çatıb.

Hər üç şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti