...

Dənizə düşən Sumqayıt sakini xilas edilib

Hadisə Materials 26 İyul 2019 12:37 (UTC +04:00)
Dənizə düşən Sumqayıt sakini xilas edilib
Dənizə düşən Sumqayıt sakini xilas edilib

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti