...

Qubada atasının 47 min dollarını oğurlayan gənc saxlanılıb (FOTO)

Hadisə Materials 6 Avqust 2019 08:45 (UTC +04:00)
Qubada öz yaşadığı evdən oğurluq edən gənc saxlanılıb
Qubada atasının 47 min dollarını oğurlayan gənc saxlanılıb (FOTO)

Bakı. Trend:

Qubada öz yaşadığı evdən oğurluq edən gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Trend-ə verilən məlumata görə, Quba rayonu Vladimirovka kənd sakini Kərim Əlişanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub.

İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti