...

Lənkəranda “Toyota” ağaca çırpıldı - 2 ölü

Hadisə Materials 12 Avqust 2019 14:26 (UTC +04:00)
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.
Lənkəranda “Toyota” ağaca çırpıldı - 2 ölü

Bakı. Samir Əli - Trend:

Lənkəranda "Toyota" markalı avtomobilin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 11-də saat 22 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakini A.Bağırov idarə etdiyi "Toyota" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri Kamran Babayev və Amal Quliyev xəstəxanaya yerləşdiriliblər. A.Quliyev və K.Babayev orada ölüblər.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti