...

Qəbələ, Qusar və Ağsuda meşə yanğınları tam söndürülüb

Hadisə Materials 27 Avqust 2019 12:05 (UTC +04:00)
Qəbələ, Qusar və Ağsuda meşə zonalarında baş verən yanğınlar tam söndürülüb
Qəbələ, Qusar və Ağsuda meşə yanğınları tam söndürülüb

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ, Qusar və Ağsu rayonlarında meşə zonalarında baş verən yanğınlarla bağlı məlumat yayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Qəbələ rayonunun Solquca, İsmayıllı rayonunun Pirəbülqasım, Qusar rayonunun Cibir, Bərdə rayonunun Cumalar, Ağsu rayonunun Kəndaxan kəndləri ərazilərində meşə və meşəətrafı zonalarda baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti