...

Qazaxda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 28 Avqust 2019 20:18 (UTC +04:00)
Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qazaxda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Bakı. Trend:

Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 27-də saat 21 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Gürcüstan vətəndaşı B.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Yusifovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti