...

Bakıda ərzaq mağazası yanıb

Hadisə Materials 7 Sentyabr 2019 05:48 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda ərzaq mağazası yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 30 m² sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti