...

Xırdalanda göyərçin oğruları saxlanıldı

Hadisə Materials 10 Sentyabr 2019 16:52 (UTC +04:00)
Xırdalanda göyərçin oğruları saxlanılıb
Xırdalanda göyərçin oğruları saxlanıldı

Bakı. Samir Əli - Trend:

Xırdalanda göyərçin oğruları saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini R.Əhmədov sentyabrın 5-də gecə saatlarında həyətinə girmiş 2 nəfərin onu bıçaqla hədələyərək göyərçinlərini apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş O.Piriyev və M.Adilov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti