Bakı. Samir Əli - Trend:
Biləsuvar rayonunda M.İbrahimov küçəsində diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar.
"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə yol polisi əməkdaşları da gəlib. Baş verənlər sənədləşdirilib.
Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin (çörək, qənnadi istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.