...

Bakının mərkəzində mütəşəkkil dəstə adam oğurladı

Hadisə Materials 7 Oktyabr 2019 16:38 (UTC +04:00)
Bakıda naməlum şəxslər küçədə paytaxt sakinini oğurlayıb.
Bakının mərkəzində mütəşəkkil dəstə adam oğurladı

Bakı. Samir Əli - Trend:

Bakıda naməlum şəxslər küçədə paytaxt sakinini oğurlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Metronun "28 may" stansiyasının qarşısında 4 nəfərdən ibarət mütəşəkkil dəstə qabaqcadan əlbir olaraq Bakı şəhər sakini Baxşıyev Təbrik Ədalət oğlunu oğurlayaraq avtomobilə mindirib Abşeron rayonunun Xırdalan qəsəbəsinə aparıb.

Naməlum şəxslər yolda T. Baxşıyevə zorakılıq edərək işgəncə verib, üzərində olan 550 manatını alıblar. Dəstə üzvləri daha sonra onu naməlum istiqamətə aparıb orada avtomobildən düşürüblər.

Zərərçəkmişin müraciəti əsasında Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti