Bakı. Trend:
Oktyabrın 14-də saat 20 radələrində Sumqayıt şəhərinin Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.