...

Xətaidə avtomobildən oğurluq edən qardaşlar saxlanılıb (FOTO)

Hadisə Materials 29 Oktyabr 2019 15:20 (UTC +04:00)
Xətaidə avtomobildən oğurluq edən qardaşlar saxlanılıb
Xətaidə avtomobildən oğurluq edən qardaşlar saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxt sakini Elşən Rəhimov oktyabrın 24-də Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gecə ona məxsus “İnfiniti” markalı avtomobilin yaşadığı evin həyətində qabaq sol yan şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin saxlanc yerindən 14 000 manat dəyərində 65 karat brilyant qaşların, 11 200 manat dəyərində 170 qram çəkidə qızıl-zinət əşyalarının, 10 000 ABŞ dolları, 3000 Avro və 1500 manatının naməlum şəraitdə oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış və 37-ci Polis Şöbəsi əməkdaşlarının, həmçinin ekspert-kriminalistlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı zərərçəkən şəxsə ümumilikdə 69 458 manat miqdarında maddi ziyanın dəydiyi məlum olub.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törəkməkdə təqsirli bilinən Xəzər rayon sakinləri Rüfət Şahbazov və qardaşı Mürüfət saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri pul və qızıl-zinət əşyaları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Rüfət Şahbazov və Mürüfət Şahbazov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti