...

Qəbələdə maşın ağaca çırpıldı, iki nəfər öldü

Hadisə Materials 30 Oktyabr 2019 09:34 (UTC +04:00)
Qəbələ rayonunun Mirzəbəyli kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Qəbələdə maşın ağaca çırpıldı, iki nəfər öldü

Bakı. Samir Əli - Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qəbələ rayonunun Mirzəbəyli kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Trend-in əldə etdiyi məlumata görə, hadisə Qaraməriyəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

Rayonun Mıxlıqovaq kənd sakini 31 yaşlı Abdullayev Sərxan Elxan oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişini 23 yaşlı Abdullayev Hidayət Allahverdi oğlu hadisə yerində ölüb.

Fakt araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti