...

Azərbaycanda zəlzələ olub

Hadisə Materials 8 Noyabr 2019 09:19 (UTC +04:00)
Yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib.
Azərbaycanda zəlzələ olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilib.

İranda yeraltı təkanlar 6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti