...

Bakıda çoxmərtəbəli binada yanğın: 10 nəfər təxliyə olunub

Hadisə Materials 15 Noyabr 2019 23:50 (UTC +04:00)
Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub
Bakıda çoxmərtəbəli binada yanğın: 10 nəfər təxliyə olunub

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti