...

Şəkidə yük maşınına ot yığan 51 yaşlı kişi yıxılıb öldü

Hadisə Materials 20 Noyabr 2019 16:08 (UTC +04:00)
Şəki sakini bədbəxt hadisə nəticəsində ölüb.
Şəkidə yük maşınına ot yığan 51 yaşlı kişi yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Şəki sakini bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun dağlıq ərazisində, Sarıca düzənliyi deyilən yerdə baş verib.

Şəki rayonu Baş Göynük kənd sakini, 1968-ci il təvəllüdlü Zamanov Adil Nöbər oğlu həmin ərazidə "Zil" markalı yük avtomobilinə ot bağlaması yığarkən hündürlükdən yerə yıxılıb. Nəticədə kəllə sümüyünün sınığı və beyin əzilməsi xəsarətləri alan A.Zamanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti