...

Kürdəmirdə "VAZ" yük maşını ilə toqquşdu - Ölən var

Hadisə Materials 21 Noyabr 2019 16:42 (UTC +04:00)
Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Kürdəmirdə "VAZ" yük maşını ilə toqquşdu - Ölən var

Bakı. Trend:

Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 20-də saat 19 radələrində Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində Sabirabad rayon sakini Y.Vəliyevin idarə etdiyi “Shacman” və İsmayıllı rayon sakini Vasif Abbasovun idarə etdiyi “VAZ-21723” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21723”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti