...

Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Hadisə Materials 27 Noyabr 2019 01:33 (UTC +04:00)
Sumqayıt şəhərinin St.Sumqayıt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Bakı. Trend:

Sumqayıt şəhərinin St.Sumqayıt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də saat 6 radələrində Sumqayıt şəhərinin St.Sumqayıt qəsəbəsi ərazisində Corat qəsəbə sakini S.Məmmədov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən şəhər sakini Cəlal Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti