...

Bakıda “Nissan” dəmir maneəyə çırpılıb, xəsarət alan var

Hadisə Materials 1 Dekabr 2019 23:06 (UTC +04:00)
Bakı şəhərinin Səbail rayonunda “Nissan” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb
Bakıda “Nissan” dəmir maneəyə çırpılıb, xəsarət alan var

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda “Nissan” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti