Bakı. Trend:
Saatlıda birmərtəbəli ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Kamallı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin tavanının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.