...

Cəlilabadda QƏZA - “VAZ” aşdı, ölən var

Hadisə Materials 9 Dekabr 2019 13:16 (UTC +04:00)
Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Cəlilabadda QƏZA - “VAZ” aşdı, ölən var

Bakı. Trend:

Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 7-də saat 22 radələrində Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində Adnalı kənd sakini B.Şirəliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırmışdır.

Sürücünün xəstəxanaya yerləşdirilmiş sərnişini olan arvadı Könül orada ölmüşdür.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti