...

Şəmkirdə qatarın vurub öldürdüyü qadınla bağlı TƏFƏRRÜATLAR məlum oldu

Hadisə Materials 13 Dekabr 2019 13:09 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-i Şəmkirdə baş verən qəza ilə bağlı rəsmi açıqlama yayıb.
Şəmkirdə qatarın vurub öldürdüyü qadınla bağlı TƏFƏRRÜATLAR məlum oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-i Şəmkirdə baş verən qəza ilə bağlı rəsmi açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir: "Dekabrın 12-si, saat 19:20-də Dəllər-Zəyəm mənzilində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Şəmkir rayon Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb. Hadisə yerinə dərhal təcili yardım çağrılıb və ağır bədən xəsarətləri alan X. Orucova Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib".

Qeyd olunub ki, qatar saat 19:50-də təyinatı üzrə yola salınıb. Hadisə yerində aidiyyəti üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti