...

Axtarışda olan 4699 nəfər saxlanıl­ıb

Hadisə Materials 13 Dekabr 2019 16:44 (UTC +04:00)
Azərbaycan dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanıl­ıb. Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.
Axtarışda olan 4699 nəfər saxlanıl­ıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanıl­ıb. Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.

E.Quliyevin sözlərinə görə, 479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və 4 nəfər giz­li şəkildə dövlət sərhədindən buraxılış mən­təqələrindən keçməyə cəhd edərkən saxlanıl­ıb.

Bu müddət ərzində 96 milyon 376 min manat dəyərində qaçaqmalın, 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçiril­miş, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfiindən böyük döyüş məha­rəti nümayiş etdirilib.

Sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti